UEFA Çempionlar Liqasının B qrupunda sürpriz lider var. “Brügge” ardıcıl 3-cü oyununda da top buraxmadan qələbə qazanıb. Belçika klubu doğma arenada “Atletiko Madrid”i 2:0 hesabı ilə məğlub edib. Kamal Sova və Ferran Yutqla fərqlənib. Qeyd edək ki, “Atletiko”nun heyətində Antuan Qrizman penaltidən yararlana bilməyib. Hazırda “Brügge” maksimum nəticə ilə qrupun lideridir. Digər 3 komandanın “Atletiko”, “Bayer Leverkuzen” və “Portu”nun aktivində 3 xal var.

Yeri gəlmişkən, bu tur portu doğma areanada “Bayer Leverkuzen”ə 2:0 hesabı ilə qalib gəlib. 1-ci hissədə Patrik Şik penaltidən yararlana bilməyib. Əvəzində 2-ci hissədə meydan sahiblərində Zaidu və Qaleno hədəfdən yayınmayıblar. Qeyd edək ki, növbəti turda “Brügge” Madridə, “Portu” isə Leverkuzenə səfər edəcək.

D qrupunun lideri “Sportinq” ilk məğlubiyyəti ilə üzləşib. Hərçənd ki, Lissabon klubu səfərdə “Marsel”ə oyunda elə 1-ci dəqiqədə hesabı açıb. Trinkao fərqlənib. Amma meydan sahibləri ardıcıl 2 qol vuraraq hesabı xeyirlərinə dəyişiblər. Əvvəlcə Aleksis Sançes tarazlığı bərpa edib. Az sonra Amin Arit qapını dəqiq nişan alıb. Bu azmış kimi 23-cü dıəqiqədə “Sportinq”in qolkiperi Antonio Adan qırmızıə vərəqə ilə cəzalandırılıb. Say üstünlüyü əldə edən meydan sahibləri fasiləyə kimi hesabı 3:1 ediblər. Leonardo Balerdi hədəfdən yayınmayıb. Yekun nəticəni Şansel Mbeba Manqulu müəyyənləşdirib: “Marsel” – “Sportinq” 4:1. Qrupun digıər görüşü “Ayntraxt” – “Tottenhem” qarşılaşmasında hesab açılmayıb. Hazırda “Sportinq” 6 xalla qrupun lideridir. “Tottenhem” və “Ayntraxt”ın 4 xalı var. “Marsel” isə 3 xalla sonuncudur. Növbəti turda “Sportinq” – “Marsel” və “Tottenhem” – “Ayntraxt” oyunları olacaq.